AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI

  • + A
  • - A
  • 22-04-2021, 19:24


    Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşib.

    “Report” həmin şəxslərin siyahısını partiyadan əldə edib.

    Siyahını təqdim edirik:

    Məzahir Pənahov

    Rövzət Qasımov

    Hüseyn Paşayev

    Şaitdin Əliyev

    Ramiz İbrahimov

    Xatırladaq ki, sabah YAP-ın İdarə Heyətinin iclasında partiyanın MSK üzvlüyünə namizədlərin təqdim edilməsi məsələsinə baxılacaq.

    Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

    Məsələ gələn həftə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR