AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Abşeron rayonunda toy məclisi təşkil edən restoran sahibi və daha 65 nəfər cərimələnib  

  • + A
  • - A
  • 29-04-2021, 11:19


    Abşeron Rayon Polis İdarəsinin əməkdaşları ölkə ərazisində tətbiq edilən xüsusi  karantin rejiminə əməl etməyərək toy məclisi təşkil edilməsinin qarşısını alıb.
    Belə ki, aprelin 28-də Masazır qəsəbəsində yerləşən “Kənd ocağı” restoranında xüsusi karantin rejimi qaydalarının pozularaq 65 nəfərin iştirakı ilə toy mərasimi keçirilməsi barədə polisə məlumat daxil olub. Qeyd edilən ünvana baxış zamanı həmin məclisin təşkilatçısı olan restoranın icarədarı Mənsur Xəlilov və toyda iştirak edən şəxslərlə profilaktik söhbət aparılıb. Xüsusi karantin qaydalarını pozan resoranın icarədarı 5 min manat məbləğində, cərimə edilib. Eləcə də, toyda iştirak edən 65 nəfər  barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların da hər biri 200 manat məbləğində cərimələniblər.
     





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR