Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Mars” kafesinin gecə saatlarında, yəni 01:00 radələrində fəaliyyət göstərməsi barədə polis orqanlarına məlumat daxil olub.
DİN-dən AzadMedia.az a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib.
Obyektin icarədarı X.Səfərov və daha dörd müştəri polislər tərəfindən saxlanılıblar.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.