AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zərdabda mal-qara oğruları saxlanılıblar

  • + A
  • - A
  • 29-04-2021, 11:22


    Zərdab rayonunda fərdi təsərrüfatdan xırda buynuzlu heyvanlar oğurlayan şəxslər saxlanılıblar. Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dəstə üzvləri rayon sakini  Nurlan Əzizov və tanışı Amil Yolçuyev tutulub. Araşdırma zamanı onların Zərdab rayonu Gödəkqobu kənd sakini olan bir nəfərə məxsus 8 baş qoyun-quzu oğurladıqları məlum olub. Saxlanılan şəxslər zərərçəkənə ümumilikdə 1200 manat maddi ziyan vurublar.
    Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bu şəxslərin Zərdab və ətraf rayonlarda analoji cinayətlərdə əllərinin olub-olmamasının müəyyən edilməsi istiqamərində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
     
     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR