AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tanışını qətlə yetirib həyətdə basdırdı

  • + A
  • - A
  • 30-04-2021, 10:45


    17 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Pirallahı rayon sakini Ramazanova Lalə Ələmdar qızının bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanaraq istintaq aparılmışdır.
    İstintaqla zərərçəkmişin tanışı Mövsümzadə Telman Gülağa oğlunun Lalə Ramazanovanın ona irad bildirməsinə əsəbləşərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla sonuncunun boğaz nahiyəsinə xəsarətlər yetirərək aşkar surətdə xüsusi ağrılar yetirdiyini və əzab verdiyini dərk edərək qəsdən öldürməsinə və törətmiş olduğu cinayət əməlini gizlətmək məqsədilə meytini yaşadığı evin həyətində basdırmasına əsaslı şübhələr müəyyən edilmişdir.
    Telman Mövsümzadə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
    Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR