25 may 2021-ci il tarixində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti yanında İctimai Şuraya seçkilər keçirilib. Seçki prosesi “Azərsu” ASC-nin facebook.com səhifəsi vasitəsilə canlı yayımlanıb.
“Azərsu” ASC yanında İctimai Şuraya üzvlüklə bağlı seçkilərdə vətəndaş cəmiyyəti institutlarının 16 nümayəndəsi namizəd kimi qeydə alınıb. Lakin seçkilərə 1 gün qalmış “Ekonomiks” Beynəlxalq İctimai Araşdırmalar İctimai Birliyinin sədri Yusifov Fikrət Hüseyn oğlu namizədliyini geri götürüb.
Beləliklə, seçkilərdə vətəndaş cəmiyyəti institutlarının namizəd kimi qeydə alınmış 15 nümayəndəsi mübarizə aparıb. Seçkilərdə vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət 66 seçici iştirak edib. Qutudan çıxan bütün bülletenlər Seçki Komissiyasının üzvləri tərəfindən yoxlanılıb və 66 bülletenin hamısı etibarlı hesab edilib. Beləliklə seçkilərin nəticələrinə əsasən namizədlər arasında səslərin sayı aşağıdakı kimi qeydə alınıb.
s/s Soyadı, adı, atasının adı Təmsil etdiyi qeyri-hökumət təşkilatı Səs sayı
1. Abbasov Rövşən Xanış oğlu “Sağlam Həyata Doğru” Ekoloji İB 5
2. Cəfərova Mətanət Əsgər qızı “Əsgər Ailələrinə Dəstək” İB 50
3. Hacımətov Qayıbəyi Narulla oğlu “SafSu Ekoloji Meliorativ Monitorinq Mərkəzi”İB 6
4. Hüseynov Eyyub Mahmud oğlu “Azad İstehlakçılar” İB 20
5. İbrahimli Qorxmaz Əbülfəz oğlu “Biosfer” İB 23
6. İmanova Aytən Rüfət qızı “Beynəlxalq Hidroloji Proqram” İB 10
7. Qəribov Tələt Yusif oğlu “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İB 15
8. Mikayılova Xədicə Hacı qızı “Əlillər Cəmiyyəti” İB 27
9. Muradov Elməddin Nadir oğlu “Jurnalistika və İnkişaf Mərkəzi” İB 10
10. Nuriyev Anar Ataxan oğlu “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İB 7
11. Osmanlı Ramil İsgəndər oğlu Əmlak Ekspert Mərkəzi 6
12. Şahverdiyev Cavid Nadir oğlu “Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi” İB 25
13. Vəliyev Mirzə Məmməd Ağamurad oğlu Əlil Sahibkarlar Təşkilatı İB 9
14. Yusubova Qəmzə Xanlar qızı “Ekoloji Maarifçilik və Monitorinq” İB 30
15. Zeyni Rauf Xurşud oğlu Milli QHT Forumu 34
Seçkilərdə 2 namizəd - “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Cəfərova Mətanət Əsgər qızı və Milli QHT Forumunun prezidenti Zeyni Rauf Xurşud oğlu 50 faizdən çox səs topladıqlarına görə Seçki Komissiyasının qərarına əsasən, “Azərsu” ASC yanında İctimai Şuranın üzvü seçiliblər. Digər 13 namizəd tələb olunan keçid səs sayını toplamadıqlarına görə təkrar seçkilərdə iştirak edəcək.
Seçki Komissiyasının qərarına əsasən, seçkilərin ikinci turu 27 may 2021-ci il tarixində saat 10:00-dan 15:00-dək “Azərsu” ASC-nin inzibati binasında (Moskva prospekti 67) keçiriləcək.
İctimai Şuraya keçiriləcək seçkilərin ikinci turunda iştirak edən namizədlərin siyahısı
1. Abbasov Rövşən Xanış oğlu “Sağlam Həyata Doğru” Ekoloji İB
2. Hacımətov Qayıbəyi Narulla oğlu “SafSu Ekoloji Meliorativ Monitorinq Mərkəzi” İB
3. Hüseynov Eyyub Mahmud oğlu “Azad İstehlakçılar” İB
4. İbrahimli Qorxmaz Əbülfəz oğlu “Biosfer” İB
5. İmanova Aytən Rüfət qızı “Beynəlxalq Hidroloji Proqram” İB
6. Qəribov Tələt Yusif oğlu “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İB
7. Mikayılova Xədicə Hacı qızı Əlillər Cəmiyyəti İB
8. Muradov Elməddin Nadir oğlu “Jurnalistika və İnkişaf Mərkəzi” İB
9. Nuriyev Anar Ataxan oğlu “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İB
10. Osmanlı Ramil İsgəndər oğlu Əmlak Ekspert Mərkəzi
11. Şahverdiyev Cavid Nadir oğlu “Azərbaycan Demokratik İslahatların İnkişafı
Mərkəzi” İB
12. Vəliyev Mirzə Məmməd Ağamurad oğlu Əlil Sahibkarlar Təşkilatı İB
13. Yusubova Qəmzə Xanlar qızı “Ekoloji Maarifçilik və Monitorinq” İB