AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SEÇİCİLƏRİN QEYDİYYATI BAŞA ÇATIB

  • + A
  • - A
  • 26-04-2021, 16:19


    “Azəriqaz” İB yanında yaradılacaq İctimai Şuraya keçiriləcək seçkilərdə səsvermə prosesində iştirak etmək üçün vətəndaş cəmiyyəti institutu təmsilçilərinin qeydiyyatı başa çatıb. Vətəndaş cəmiyyəti institutları 70 nümayəndənin qeydiyyata alınmasını müvafiq olaraq seçki komissiyasına təqdim edib.
    Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya üzvlüklə bağlı seçkilərə qatılan namizədlərin sayı 17 nəfərdir. Onlar barədə məlumatlar Birliyin rəsmi internet səhifəsində yerləşdirilib. İctimai Şuraya seçkilər cari ilin aprel ayının 30-da Birliyin inzibati binasında keçiriləcək. “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsi seçki prosesinin sosial şəbəkə üzərindən (Facebook) canlı yayımının həyata keçirilməsini planlaşdırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR