Kürdəmir sakini həmyerlisi tərəfindən bıçaqlanıb.
“Qafqazinfo”nun məlumatına görə, rayonun A.M.Şərifzadə küçəsində yaşayan 45 yaşlı Cəfərov Famil Əlişiraz oğlu həmyerlisi Qurbanov Famil Zeynal oğlu ilə aralarında yaranan mübahisə zamanı bıçaq xəsarətləri alıb.
F.Cəfərov bədənin bir neçə ətrafının kəsilmiş deşilmiş xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb və əməliyyat olunub.
Həkimlər F.Cəfərovun vəziyyətini ağır qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.