AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Salyanda 5 şadlıq evində qanun pozuntusu aşkarlandı

  • + A
  • - A
  • 19-07-2021, 15:16


    Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən beş şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.
    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, tədbirlər zamanı “Ceyran”, “Qardaşlar”, “Karvan”, “Tut ağacı” və “Azəri” şadlıq saraylarında keçirilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi aşkarlanıb.
    Aşkarlanan qayda pozuntuları ilə bağlı həmin sarayların inzibatçıları barəsində qanunamüvafiq tədbirlər görülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR