AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şabranda narkotik vasitələrin təsiri altında olan sürücü və sərnişin saxlanıldı

  • + A
  • - A
  • 20-12-2021, 17:22

    Şabranda narkotik vasitələrin təsiri altında olan sürücü və sərnişin saxlanıldı

    Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azadmedia.az-a məlumat verilib. Belə ki, Xızı rayon sakini Zamin Abdullayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil Şabran rayonu ərazisində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün, eləcə də avtomobildə olan sərnişinlər Elxan Abbasov və Ceyhun Məmmədovun narkotik vasitənin təsiri altında olmalarına dair əsaslı şübhələr yaranıb. Həmin şəxslər RPŞ-ə gətirilərək həkim müayinəsindən keçiriliblər. Sürücü və E.Abbasovun narkotik vasitələrin təsiri altında olmaları müəyyən edilib.
    Faktla bağlı RPŞ-də araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR