AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəsdən həmkəndlilərinin ot tayasını yandırdı

  • + A
  • - A
  • 3-01-2022, 11:22


    Yanvarın 1-də gecə saat 2-dən 4-dək olan müddətdə Zaqatala rayonunun Mosul kəndində kənd sakinləri İ.Süleymanova, Q.Məmmədova və R.Məmmədova məxsus yardımçı təsərrüfatlarda yanğınlar baş vermişdir. Nəticədə həmin yardımçı təsərrüfatların konstruksiyaları yanmış, xəsarət alan olmamışdır.
    Azadmedia.az xəbər verir ki, məlumatlarla əlaqədar Zaqatala Rayon Polis Şöbəsində dərhal müvafiq araşdırmalara başlanılmış və yanğınların kənd sakini Əhliman Gülməmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
    Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən Ə.Gülməmmədov saxlanılmışdır.
    Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR