AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polis müxtəlif rayonlarda maşın oğrularını müəyyən edərək saxladı

  • + A
  • - A
  • 22-03-2021, 13:45


    Şabran RPŞ-yə martın 21-nə keçən gecə şəhər ərazisindən A.Kərimova məxsus “QAZ-3110” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə avtomobil qısa müddətdə tapılmış, nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən rayon sakini E.Rüstəmov müəyyən edilərək saxlanılmışdır.
    Araşdırma aparılır.

    ***
    Goranboy RPŞ-yə martın 20-də Xanqərvənd kənd sakini F.Əhmədovun “VAZ-2106” markalı avtomobilinin kənd ərazisindən qaçırılması barədə müraciət daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən rayon sakini E.Nəsibli avtomobillə birgə saxlanılmışdır.
    Araşdırma aparılır.

    ***
    Qusar RPŞ-yə martın 21-də Aşağı İmamqulukənd kəndi ərazisindən kənd sakini G.Quliyevaya məxsus “VAZ-21099” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə avtomobil qısa müddətdə tapılmış, nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş R.Mirzəliyev müəyyən edilərək saxlanılmışdır.
    Araşdırma aparılır.


    ***
    Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 120 manat pul, tütün məmulatı, kassasında isə içərisində 2070 manat pul olan “Milliön” ödəmə terminalını, “VAZ-2105” markalı bir avtomobilin dövlət qeydiyyat nişanlarını, Ə.Ağayevə məxsus “VAZ-2103” markalı avtomobili qaçıraraq digər mağazadan kassasında 5000 manat pul olan “Milliön” ödəmə terminalını oğurlamaqda şübhəli bilinən İ.Mehdiyev və K.Diniyev saxlanılmışlar.

    ***


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR