AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət hadisələri

  • + A
  • - A
  • 3-01-2022, 12:26

    Sutka ərzində baş verən cinayət hadisələri

    Füzuli Rayon Polis Şöbəsinə yanvarın 1-də saat 20 radələrində 8 saylı Qayıdış qəsəbə sakini S.Hüseynovun xəstə olan anası üçün çağırışa gəlmiş Təcili Tibbi Yardım Stansiyasının işçilərini təhqir etməsi barədə məlumat daxil olmuşdur. Dərhal polis əməkdaşları həmin ünvana gələrək S.Hüseynovu intizama dəvət etmişlər, lakin o, polis əməkdaşlarına tabesizlik göstərmişdir.
    S.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılmış, onun sərxoş vəziyyətdə olması müəyyən edilmişdir.
    Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilmişdir.

    **

    Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş O.Xəlilov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 344 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.


    **

    Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birindən 800 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Bağırov müəyyən edilərək saxlanılmışdır.
    Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki digər bir köşkdən 3000 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.
    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR