AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsmayıllıda koronavirus xəstəsi mağazada aşkarlanıb

  • + A
  • - A
  • 2-02-2022, 22:17

    İsmayıllıda koronavirus xəstəsi mağazada aşkarlanıb

    İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, şəhər sakini Sərdar Hüseynov ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən həmin şəxs şəhər ərazisindəki mağazada aşkarlanıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
    Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan S.Hüseynov barəsində İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR