AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib

  • + A
  • - A
  • 10-03-2022, 11:38

    Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Vaz 21074” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Lənkəran şəhər sakini Əfqan Əsədullayevin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

    Müayinənin nəticəsinə əsasən Ə.Əsədullayevin narkotik vasitədən istifadə etdiyi məlum olub.

    Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Əsədullayev 10 gün müddətində inzibati qaydada həbs edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR