AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Təmiz Qaz” QSC-a işə düzəlmək adı ilə vətəndaşlar aldadıldı

  • + A
  • - A
  • 17-03-2022, 13:33

    “Təmiz Qaz” QSC-a işə düzəlmək adı ilə vətəndaşlar aldadıldı

    Qazax rayon prokurorluğundan Azadmedia.az-a daxil olan məlumata görə Qazax rayon sakinlərinin işə düzəltmək adı ilə onlardan pul vəsaitlərinin alınması barədə müraciətləri əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır.
    Araşdırmalarla “Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsinin sabiq operatoru Bəxtiyar Mehdiyevin iki nəfəri “Təmiz Qaz” QSC-nin Şəmkir Regional Mərkəzinin Qazax bölməsinə işə düzəltmək adı ilə ümumilikdə 5 min 500 manat məbləğində pul alaraq təkrar dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
    Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanmışdır.
    Hazırda iş üzrə istintaq davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR