Bakıda polisin nişanlısını qətlə yetirməsi, daha sonra intihar etməsi faktı ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva bildirib ki, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (intihar həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda zəruri istintaq hərəkətləri aparılır.
***
14:23
Bakıda nişanlısını öldürüb daha sonra intihar edən polis əməkdaşı Tural Aslanovun vəzifəsi və rütbəsi məlum olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, o, Xəzər Rayon Polis İdarəsində müstəntiq vəzifəsində çalışıb.
Qeyd edək ki, T.Aslanov mayor rütbəsini daşıyıb.
Murad İbrahimli
***
13:51
Bakıda polis nişanlısını öldürüb, daha sonra intihar edib.
Bu barədə DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.
Məlumata görə, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisindəki evlərin birində Xəzər RPİ-nin əməkdaşı Tural Aslanov qısqanclıq zəminində nişanlısı Günay Cabbarovanı qətlə yetirdikdən sonra özü də intihar edib.
Faktla bağlı araşdırmalar aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.