AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fərid Abdinova qarşı həbs qətimkan tədbiri seçilmişdir

  • + A
  • - A
  • 23-04-2022, 17:35

    Fərid Abdinova qarşı həbs qətimkan tədbiri seçilmişdir

    Azadmedia.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə vətəndaşlar Ü.Əsədova, K.İsmayılova və E.Eynullayev Daxili İşlər Nazirliyinə müraciət edərək Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildirmişlər.
    Vətəndaşların şikayətləri araşdırılmış və onların F.Abdinov barədə qeyd etdikləri qanunsuz əməllər təsdiqini tapmışdır.
    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, Fərid Abdinova ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə . İstintaqla müəyyən edilmişdir ki, F.Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirmişdir.
    F.Abdinovun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR