Bu gün mətbuatda Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində “Azərsu” ASC-yə məxsus su quyusunun üzərində quraşdırılmış mancanaqdan qadın meyiti tapılması ilə bağlı xəbər yayılıb. "Azərsu” ASC quyunun onlara aid olması xəbərini təkzib edərək media nümayəndələrini xəbər hazırlayarkən diqqətli olmağa səsləyib.
Azadmedia.az "Azərsu” ASC-nin açıqlamasını təqdim edir:
Bu gün mətbuatda Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində “Azərsu” ASC-yə məxsus su quyusunun üzərində quraşdırılmış mancanaqdan qadın meyiti tapılıb xəbəri ilə əlaqədar diqqətinizə çatdırırıq ki, həmin ərazidə "Azərsu" ASC-yə aid heç bir quyu yoxdur. Həmin quyu fərdi şəxsə məxsusudur və xahiş edirik bunu nəzərə alasınız.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.