Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı "Baic” markalı nəqliyyat vasitəsinin sürücüsü Orxan Məmmədov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə YPX əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən həmin şəxsin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. O.Məmmədovun barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.