Sabirabad Rayon Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu İsmayıl Məmmədovun ailə üzvlərini ziyarət ediblər.
Görüş zamanı şöbə əməkdaşları ailənin qayğıları ilə maraqlanıb, hərbçilərimizin Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, qələbə əzmindən danışaraq, şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı və gələcək nəsillər üçün örnək olduğunu diqqətə çatdırıblar.
Görüş zamanı polis əməkdaşları müxtəlif ərzaq məhsullarından ibarət sovqatları təqdim ediblər. Şəhid ailələri də göstərilən diqqət və qayğıya görə, asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda RPŞ-nin əməkdaşları şəhidin ailə üzvləri birgə şəhidin məzarını ziyarət edərək önünə əklil qoyublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.