AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dilənçiyə qarşı kobudluq edən polislər tutduqları vəzifədən azad edildilər

  • + A
  • - A
  • 5-10-2022, 18:25

    Dilənçiyə qarşı kobudluq edən polislər tutduqları vəzifədən azad edildilər

    Sosial şəbəkələrdə payataxtın mərkəzində dilənçilik edən şəxslərlə polis əməkdaşları arasında mübahisəni əks etdirən görüntülər yayılıb.

    Görüntülərlə bağlı mətbuatın sorğusuna cavab olaraq DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, həmin şəxslərə dəfələrlə xəbərdarlıqlar, inzibati tənbeh tədbirləri görülməsinə baxmayaraq, onlar azyaşlı uşaqlarla birgə dilənçilik əməllərini davam etdiriblər.

    Bu gün yenidən onların dilənçilik əməllərinin qarşısının alınması məqsədilə ərazidə xidmət aparan polis əməkdaşları ilə mübahisə ediblər. Bu zaman polis əməkdaşının vətəndaşa qarşı etdiyi hərəkət sözsüz ki, qəbuledilən deyil, yolverilməzdir. Odur ki, həmin şəxslərə qarşı kobudluq edən iki əməkdaş intizam məsuliyyətinə cəlb edilərək tutduqları vəzifədən azad ediliblər.

    Hazırda onlar barəsində xidməti yoxlamalar başlayıb. Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR