Yaponiyalı məşhur şahmatçı Hikaru Nakamura Bakıda qaldığı hoteldə gigiyenik qaydalara əməl olunmamasımdan şikayətlənib.
O, bu barədə öz tvitter hesabında paylaşım edib.
Qrossmeyster dünya kuboku üçün paytaxtımızda məskunlaşdığı hoteldə su olmadığını bildirib:
“Artıq dünya kuboku üçün Bakıya gəlmişəm. Lakin qaldığım otelin hamam otağında su gəlmir. Yaxşı başlanğıcdır”.
İdmançı otelin adını qeyd etməsə də, Qafqazinfo.az-un əldə etdiyi məlumata görə, yaponiyalı şahmatçı “Baku Marriott Boulevard”da qalır.
Məlumat üçün bildirək ki, Bakıda keçirilən dünya kuboku avqustun 24-nə qədər davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.