AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 11-08-2023, 14:40

    Sutka ərzində baş verən cinayət və hadisələr

    DİN-in mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə,

    - Avqustun 10 -da ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
    - Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.


    Oğuz rayon sakinindən metamfetamin götürülüb

    Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində psixotrop maddə daşımaqda şübhəli bilinən rayon sakini Taleh Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.
    Faktla bağlı araşdırma aparılır.

    ‼️Nəqliyyat vasitəsinin qaçırılması

    Avqustun 10-da Astara Rayon Polis Şöbəsinə Siyakü kəndi ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
    Polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən ruhi-əsəb xəstəsi olan şəxs qısa müddətdə Pensər kəndi ərazisində avtomobillə birgə saxlanılıb.
    Araşdırma aparılır.


    *‼️Oğurluq*

    Binəqədi RPİ 43, Yasamal RPİ 26-cı Polis Bölmələri və Nəsimi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 675 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Əli Novruzov müəyyən olunaraq saxlanılıb.

    *‼️Oğurluq*

    Avqustun 10-da Salyan şosesində yerləşən çimərlikdən içərisində 15 manat pul, 350 manat dəyərində mobil telefon, geyim əşyaları, şəxsiyyət vəsiqəsi və bank kartı olan çantanın oğurlanması barədə Səbail RPİ 41-ci Polis Bölməsinə məlumat daxil olub.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Xəyal Talıbzadə müəyyən olunaraq saxlanılıb.

    *‼️ Oğurluq*

    Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 3 avtomobildən 2000 manat dəyərində ehtiyat hissələri və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini Elşən Günəşov və Şirvan şəhər sakini Daşqın Mütəllimov müəyyən olunaraq saxlanılıblar.

    *‼️Oğurluq*

    Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 1 özəl müəssisənin ərazisindən, 4 evdən və 5 həyətyanı sahədən su sayğacları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini Vüsal Abdurahmanov müəyyən olunaraq saxlanılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR