Cəlilabadda 22 yaşlı qadın 50 gündür itkin düşüb.
Moranlı kənd sakini, Zəkirə Nadir qızı Mirzəyeva iyulun 5-də Cəlilabad şəhəri ərazisindən naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.
Zəkirə Mirzəyevanın əlamətləri belədir: Boyu 152 sm, gözləri qonur rəngdədir, orta bədən quruluşludur. İtkin düşən zaman üzərində boz rəngli köynək və qara rəngli şalvar olub:
“Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”.
Qeyd edək ki, Z.Mirzəyeva 2021-ci ildə də itkin düşüb, bir müddət sonra polis əməkdaşları onu paytaxt ərazisində taparaq ailəsilə təhvil veriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.