AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dəhşətli qətlin təfərrüatları

  • + A
  • - A
  • 13-02-2024, 18:59

    Dəhşətli qətlin təfərrüatları

    Gununsesi.info Bakıda bir ailənin qətli ilə bağlı baş verən dəhşətli cinayətin təfərrüatlarını öyrənib.

    Saytın əldə etdiyi məlumata görə, hadisəni törədən ailə üzvlərindən biri Əhməd Əhmədov ruhi xəstə olub.
    Maştağa Psixiatriya Mərkəzində müalicə alan Əhməd Əhmədov anasının təkidi ilə oradan bir neçə gün əvvəl çıxarılıb.
    Əhmədov Əhmədovun həm də idmançı olması cinayəti törədərkən ailə üzvlərini onun qarşısında köməksiz vəziyyətdə qoyub.

    Yaxınlarının sözlərinə görə, Əhməd Əhmədov bir neçə ildir ki, psixoloji xəstəlikdən əziyyət çəkirmiş.

    Qeyd edək ki, bugün saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.



    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR