AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əhməd barədə bəzi faktlar - Psixi xəstəxana həbsdən xilas edib

  • + A
  • - A
  • 13-02-2024, 22:52

    Əhməd barədə bəzi faktlar - Psixi xəstəxana həbsdən xilas edib

    Xəbər verdiyimiz kimi bu gün ölkəni silkələyən qətl hadisəsi baş verib. Əhməd Mehman oğlu Əhmədov 5 nəfər ailə üzvünü amansızlıqla qətlə yetirib. Qatil barədə müxtəlif fikirlər səsləndirilir. Azadmedia.az-a daxil olan məlumata görə, Əhməd məktəb vaxtından dəymədüşər olub, məktəbdə qızları, gücsüzləri incidib. 11-ci sinifdə sinif yoldaşını bıçaqla qətlə yetirib. Elə o vaxtdan sonra psixoloji xəstəliklər aşkarlanıb, məcburi müalicəyə cəlb olunub. Əhmədin ana tərəfinin çox imkanlı iş adamı olduğu deyilir. İddialara görə məşhur pivələrdən birinin və digər bizneslərin sahibidirlər. Məktəblini bıçaqlayanda da dəmir barmaqlar arasına düşməməsində ailənin pullarının böyük rolu olub. Sosial mediada Əhmədin ögey övlad olduğu barədə məlumatlar təsdiqini tapmadı. Qətlə yetirdiyi bacısının çox sakit bir xanım olduğu bildirilir. Bacı ailə qurandan sonra bir müddət Rusiyada yaşayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR