Bakıda yataqxanada tələbə yoldaşını öldürməkdə təqsirləndirilən Rəşad Muxtarova hökm oxunub.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Rəşad Muxtarov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror Rauf Malışov təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən ilin fevralın 8-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Əliəkbər Mərəyev adı çəkilən təhsil müəssisəsinin tələbəsi, 2007-ci il təvəllüdlü otaq yoldaşı Rəşad Muxtarov tərəfindən bıçaqla yetirilmiş xəsarətlərdən ölüb.
Rəşad Muxtarova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.