Moskvadan Gəncəyə uçan Azərbaycan aviaşirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib. Səbəb təyinat yerində pis hava şəraiti olub.
AZAL aviaşirkətinin Moskva-Gəncə reysi ilə uçan təyyarəsi Bakıda məcburi eniş edib. Bu barədə Azərbaycan aviadaşıyıcısının mətbuat xidməti məlumat yayıb.
Təyyarənin ekipajı Gəncə hava limanı yaxınlığında pis hava şəraiti ilə əlaqədar Azərbaycanın paytaxtında eniş etmək qərarına gəlib.
“Azərbaycan Hava Yollarının Moskva (Vnukovo) - Gəncə marşrutu üzrə J2-5829 reysini həyata keçirən təyyarəsinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib” – AZAL-ın nümayəndəsi bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.