AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dələduzluqda təqsirləndirilən politoloqa hökm oxundu

  • + A
  • - A
  • 20-02-2024, 00:50

    Dələduzluqda təqsirləndirilən politoloqa hökm oxundu

    Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevə hökm oxunub.

    Trend xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

    Hökmə əsasən, Cəbrail Fərzəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, prokuror ötən prosesdə təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Qeyd edək ki, C.Fərzəliyev mənimsəmədə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

    Cəbrail Fərzəliyev politoloq kimi fəaliyyət göstərib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR