AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Suraxanıda əməliyyatlar keçirildi - Video

  • + A
  • - A
  • 23-02-2024, 13:11

    Suraxanıda əməliyyatlar keçirildi - Video

    Suraxanıda əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4, avtomobillərdən oğurluq edən 1 nəfər saxlanılıb


    Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Ruslan İslamov, Şəmsi Məcidov, əvvəllər məhkum olunmuş Elşən Ələkbərov və daha bir qadın saxlanılıblar. Onlardan 3 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar olunub. Araşdırma zamanı R.İslamovun narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olduğu da müəyyən edilib.
    Suraxanı RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı müxtəlif vaxtlarda 7 avtomobildən oğurluq edən 1996-cı il təvəllüdlü Elməddin Rəhimov da saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

    Bundan başqa ötən gün Suraxanı rayon sakini olan daha bir nəfər “Kalaşninov” avtomatı, 15 patron və 1 ədəd patron darağını könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

    https://www.youtube.com/watch?v=6tujjQ7Nguo


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR