DİN-in Mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə,
*4-5 may tarixlərində ölkə ərazisində qeydə alınan* 119, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 70 qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 105 nəfər saxlanılıb.
***
*Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 4-də və 5-də ümumi çəkisi 1,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.*
*Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,5 kiloqramdan çox marixuana, 400 qrama yaxın metamfetamin, həmçinin 20 ədəd metadon həbi və 22 ədəd çətənə kolu olub.*
*Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.*
***
*Nəqliyyat vasitəsinin qaçırılması*
Mayın 4-də Yasamal rayonu ərazisindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
*Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən* Anar Allahverdiyev avtomobillə birgə saxlanılıb.
*Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.*
***
*Marketlərdə müştərilər üçün nəzərdə tutulmuş saxlanc yerlərindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb*
Nərimanov rayonu ərazisində müxtəlif vaxtlarda iki marketdə müştərilər üçün nəzərdə tutulmuş saxlanc yerlərindən içərisində 520 manat dəyərində geyim əşyaları olan bağlamaların oğurlanması barədə polisə məlumat daxil olub.
*Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən* Kamran Quliyev müəyyən olunaraq saxlanılıb.
*Araşdırma aparılır.*
***
Mayın 4-ü səhər 05 radələrində Qaraçuxur qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobilin şüşələrinin sındırılması, “Hover” markalı avtomobilin isə salonunun yandırılması barədə polisə məlumat daxil olub.
*Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən* Elgün Təhməzov müəyyən olunaraq saxlanılıb.
*Araşdırma aparılır.*
***
*Oğurluq*
*Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* rayon ərazisində yerləşən mağazaların birindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş Səlim Bədirov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
***
*Oğurluq*
Mayın 4-də Nəsimi rayonu ərazisində yerləşən parkların birində iki nəfər şəxsin içərisində mobil telefonları olan çantalarının oğurlanması barədə polisə məlumat daxil olub.
*Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən* Füzuli Soltanov saxlanılıb. Onun müxtəlif vaxtlarda rayon ərazisində daha bir nəfər şəxsin mobil telefonunu, digər şəxsin isə velosipedini oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.