Tiflisdə 26 may – Gürcüstanın Müstəqillik Günündə minlərlə vətəndaş “Xarici agentlər haqqında" qanuna qarşı etiraz aksiyasına çıxıb.
Azadmedia.az xəbər verir ki, minlərlə insan Tiflisin mərkəzində Melikişvili prospekti ilə yürüş etmək üçün toplaşıb.
Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında" qanunu qəbul edib. Prezident Salome Zurabişvili buna veto qoyub, lakin parlamentin bunu ləğv etmək imkanı var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.