İyunun 2-də bütün Ukraynada elektrik enerjisinin verilişində fövqəladə kəsilmə başlayıb.
Azadmedia.az xəbər verir ki, bu barədə “Yasno” elektrik şirkətinin direktoru Sergey Kovalenko məlumat verib.
Belə ki, “Bütün ölkə ərazisində elektrik enerjisinin verilişində kəsilmələr başlayıb. Qrafik yoxdur”, - deyə Kovalenko bildirib.
Həmçinin o, sakinləri də diqqətli olmağa çağırıb və problemin aradan qaldırılmasının bir neçə saat çəkəcəyi ilə bağlı xəbərdarlıq edib..
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.