AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daha bir qadın qətli - Bu dəfə dəmir parçasıyla 31 yaşlı qadın qətlə yetirildi

  • + A
  • - A
  • 6-06-2024, 10:28

    Daha bir qadın qətli - Bu dəfə dəmir parçasıyla 31 yaşlı qadın qətlə yetirildi

    Ağcabədi rayon prokurorluğunun məlumatı

    İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Səbinə Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 1991-ci il təvəllüdlü Sadiq Kərimovun aralarında yaranmış mübahisə zamanı dəmir linçlə xəsarətlər yetirərək bacısı Səbinə Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Sadiq Kərimov şübhəli şəxs qismində tutulub.

    Hazırda ibtidai istintaq davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR