AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilin son oyunları baş tutub

  • + A
  • - A
  • Dünən, 21:40

    Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilin son oyunları baş tutub

    Bu gün Yüksək Liqanın IV turunda Bakıda iki, Gəncədə isə bir oyun keçirilib.
    İlk olaraq GİN-in Voleybol Mərkəzində meydana "Abşeron" və "AZERRAIL" klubları çıxıblar. Gərgin keçən bu görüşdə "Abşeron" 3:1 hesabı ilə qələbə qazanıb.
    Növbəti oyun Gəncə İdman Sarayında baş tutub. Bu matçda meydan sahibi "Gəncə" klubu UNEC-i 3:0 hesabı ilə məğlub edib.
    Turun və ilin son qarşılaşması isə "Milli Aviasiya Akademiyası" və "Murov Az Terminal" komandaları üz-üzə gəliblər. GİN-in Voleybol Mərkəzində təşkil olunan bu oyunda 3:1 hesabı ilə “Milli Aviasiya Akademiyası” qalib gəlib.

    Oyunların nəticələri
    Yüksək Liqa (qadınlar)
    IV tur
    19 dekabr
    “Gəncə” - UNEC 3:0 (25:8, 25:7, 25:11)
    Ünvan: Gəncə İdman sarayı
    “Abşeron” - “AZERRAIL” 3:1 (18:25, 25:21, 25:17, 25:16)
    “Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” 3:1 (25:20, 23:25, 25:21, 25:19)
    Ünvan: GİN-nin Voleybol Mərkəzi





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR