III MDB Oyunları: Bu gün 4 idman növü üzrə yarışlar keçiriləcək
III MDB Oyunları çərçivəsində bu gün 4 idman növü üzrə yarışlar keçiriləcək. Şəkidə çövkən üzrə qızıl medal uğrunda matçda Azərbaycan və Özbəkistan milliləri üz-üzə gələcək. Şəkidə eyni zamanda bədii gimnastika yarışları davam edəcək. Gəncə İdman Sarayında isə qılıncoynatma yarışlarının qalibləri müəyyənləşəcək. Gəncə Olimpiya İdman Kompleksində yunan-Roma güləşi üzrə yarışların mükafatçılarına aydınlıq gələcək.
Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.