Səudiyyə Ərəbistanı şahzadəsi Musaad ibn Xalid əl-Səud İngiltərənin "Şeffild Yunayted" klubunun Direktorlar Şurasının sədri vəzifəsindən ayrılıb.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, hakim sülalənin nümayəndəsi şəxsi səbəblərini əsas gətirib. Əl-Səud bu posta 2019-cu ilin sentyabrında 26 yaşında gətirilib və İngiltərə Premyer Liqası tarixində ən gənc klub rəhbəri olub.
Qeyd edək ki, hazırda "Şeffild Yunayted" 31 oyundan 14 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.