21-23 aprel 2021-ci il tarixində Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən şəhidimiz Rəşad Mehdiyevin əziz xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.
EHİM-in Data laboratoriyası departamentinin əməkdaşı olmuş Rəşad Mehdiyev 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.
EHİM-in inzibati binasında və əməkdaşlar arasında baş tutan turnirin birinci mərhələsi İsveç üsulu ilə təşkil edilib və bu turda ən yüksək xal toplamış 10 nəfər növbəti mərhələyə vəsiqə qazanıb. Final mərhələsində istirak etmiş 10 nəfər dairəvi üsulla toplamda 9 görüş keçirib. Turnirdə 1-ci yerinin qalibi 8 xal toplamış Məmmədov Bəxtiyar, 2-ci yerin qalibi 7 xal toplamış Məmmədcamal İsmayılzadə və 3-cü yerin qalibi 6.5 xal toplamış Ümid Süleymanov sertifikat və hədiyyələrlə təltif olunublar.
Turnirinin mükafatlandırma mərasimində şəhidimizin atası Rəhman Mehdiyev, anası Yeganə Mehdiyeva, qardaşı və digər ailə üzvləri iştirak ediblər. Mərasimdə şəhidimizin əziz xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib: https://youtu.be/oiHATIfOGCQ
Sonra EHİM-in direktoru tərəfindən Rəşad Mehdiyevin adına onun ailə üzvlərinə Fəxri Fərman təqdim edilib.
Şəhidimizin ailə üzvləri Mərkəzin inzibati binası ilə tanış olarkən Rəşad Mehdiyev adına olan konfrans otağı, eləcə də onun çalışdığı departamentdə iş otağında olublar.
EHİM tərəfindən şəhid Rəşad Mehdiyevin adının əbədiləşdirilməsi məqsədilə şahmat turnirini hər il həyata keçirilməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.