AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Güləşçimiz Avropa çempionatının finalına yüksəldi

  • + A
  • - A
  • 23-04-2021, 21:22


    Yunan-Roma güləşçimiz Taleh Məmmədov Polşanın paytaxtı Varşavada təşkil olunan Avropa çempionatının finalına vəsiqə qazanıb.

    Azadmedi.az xəbər verir ki, çempionatda 63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız ilk görüşdə bolqarıstanlı Nikolay Viçevə qalib gəlib. Dörddəbir final mərhələsində Ermənistan idmançısı Qraçya Poqosyanı məğlub edən T.Məmmədov yarımfinalda latviyalı Aleksandrs Jurkiansa qalib gələrək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə idmançımız Rusiya güləşçisi Cambolat Lokyayev ilə qarşılaşacaq. Görüş aprelin 24-də təşkil olunacaq.

    Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR