“Oyundan əvvəl yarımmüdafiə xəttini bir az möhkəmləndirməyə qərar verdik. Yarımmüdafiəçilər çox işləməli idi”.
Bu sözləri Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko Avro-2020-nin 1/8 finalında İsveçə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, komandanın oyunundan razı qaldığını ifadə edib: “Oyuna nəzarət etməyə çalışdıq, amma bu matçın hər anında alınmadı. Lakin, ümumilikdə tapşırıqları yerinə yetirdilər. Tələsmədik və topu yaxşı saxladıq, nəticədə ilk qolu vurduq. Rəqib yaxşı oynadı və maraqlı qarşılaşma alındı. Dramatik matç keçdi. Bizi dəstəkləməyə gələn hər kəsə minnətdaram. Mənim ailəm də, övladlarım da stadionda idi. Nəticə qazanmaq arzum idi. Futbolçularımın qəhrəmanlığına görə onlara təşəkkür edirəm. Prezidentimizə minnətdaram ki, zəng edib dəstək oldu. Ukraynanı sevindirdik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.