İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan təmsilçisi Turan Bayramov gümüş medal qazanıb.
Çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan T.Bayramov (60 kq) final görüşündə Giorgi Sardalaşviliyə (Gürcüstan) məğlub olaraq gümüş medalla kifayətlənib.
Oktyabrın 10-dək davam edəcək turnirə 73 ölkədən 500-dən çox cüdoçu qatılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.