AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qarabağ" azarkeşlərinə görə cəzalandırıldı

  • + A
  • - A
  • 22-04-2022, 18:00

    "Qarabağ" azarkeşlərinə görə cəzalandırıldı


    AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

    Yığıncaqda Azərbaycan premyer-liqasının 23-cü turu və ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında baş verənlər müzakirə olunub.

    Komitə üzvləri bununla bağlı müvafiq qərarlar verib. "Qəbələ" – "Sumqayıt" oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimələnib. Meydançaya kənar şəxs daxil olduğu üçün meydan sahibi klub daha 1600 manat ziyana düşüb. 5 futbolçusu sarı vərəqə ilə cəzalanan "Sumqayıt" 800 manat cərimə olunub.

    "Qarabağ" – "Şamaxı" oyununda dövlət yanğından mühafizə xidməti maşını oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibi kluba xəbərdarlıq edilib.

    1/2 final mərhələsinin "Qəbələ" – "Qarabağ" oyununda 5 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 ödəməli olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR