AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Roma"nın futbolçusu: “Qarabağ”la çətin matçda yaxşı nəticə əldə etdik"

  • + A
  • - A
  • 6-12-2017, 12:07

    "Roma"nın futbolçusu: “Qarabağ”la çətin matçda yaxşı nəticə əldə etdik"













    Çətin olacağını bilirdik. Lakin yekunda hamının ümid bəslədiyi nəticəni əldə etdik”.
    “Report” xəbər verir ki, bunu İtaliyanın “Roma” komandasının futbolçusu Daniele De Rossi Çempionlar Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ” üzərində 1:0 hesablı qələbə ilə başa çatan oyundan sonra deyib.
    Paytaxt komandasının 34 yaşlı kapitanı C qrupunun qalibi olmalarını fantastik nəticə sayır. Onun sözlərinə görə, bu nailiyyət “Roma”nın Avropadakı nüfuzunu bərpa edəcək: “Bu, “Roma”nın nüfuzu, komandanın özünəinamı və mövsümün qalan hissəsi üçün möhtəşəm nəticədir. Biz xoşbəxtik. Son illər Avrokuboklarda yaxşı çıxış etməmişdik. Bu nailiyyət klubun öz nüfuzunu bərpa etməsi üçün bir vasitədir. Bu cür çətin qrupun oyunlarını birinci yerdə tamamlamaq fantastikadır”.
    “Roma”nın digər futbolçusu Raca Nainqqolan isə “Qarabağ” haqqında xoş sözlər deyib. O, çətinliklə qalib gəldiklərini etiraf edib: “Qarabağ”ı məğlub etməyin yolunu tapmalı idik. Rəqib vəziyyəti çətinləşdirdi. Onlar çox möhkəm oynayırdılar, lakin biz təmkinli idik. Öz üslubumuza sona qədər inanırıq. Düzgün oynadıq. Önəməli olan budur ki, pley-offa vəsiqə qazandıq. Çətin matçda yaxşı nəticə əldə etdik. Birinci yerə çıxmağa müvəffəq olduq. Bu, çox əla nəticədir”.
    Qeyd edək ki, İngiltərə çempionu “Çelsi” ilə eyni – 11 xala malik “Roma” şəxsi oyunlara görə 1/8 finala C qrupunun qalibi qismində yüksəlib. Yeddi xalla 3-cü yeri tutan İspaniya “Atletiko”su isə mübarizəni Avropa Liqasında davam etdirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR