FireLand Azərbaycanlılar Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Belçikadakı səfirliyinin dəstəyi ilə aprelin 28-də Brüssel şəhərində "28 May Respublika gününə" həsr olunmuş şahmat turniri keçirib.
Tədbiri giriş sözü ilə açan təşkilatın sədri İlahə Tağıyeva əvvəlcə qonaqlara təşkilat barədə məlumat verib. İ. Tagıyeva bildirib ki, təşkilatın başladığı şahmat dərslərində bugünə kimi 20-dən çox uşaq mütamadi iştirak edib. Uşaqlarla dərslər 2 fərqli qruplarda aparılır. Həm başlanğıc, həm də orta səviyyəli qruplarda dərsləri Belçikada təhsil alan həmyerlimiz Qırxıyev Elmir aparır.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Belçikadakı səfiri cənab Vaqif Sadıqov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
Qeyd edək ki, tədbirdə Belçika, Fransa və Hollandiyadan 25 uşaq, həmçinin valideynlər qatılıb.
Uşaqlar arasında yarış 3 fərqli səviyyə üzrə qruplarda aparılıb. Bütün iştirakçılara sertifikat və medalyonlar, qaliblərə isə hədiyyələr təqdim olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.