AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BİRİNCİ QARABAĞ MÜHARİBƏSİNİN QAZİ VƏ ŞƏHİD AİLƏSİNİN MÜRACİƏTİ TƏMİN OLUNDU - Video

  • + A
  • - A
  • 21-06-2021, 20:22

    BİRİNCİ QARABAĞ MÜHARİBƏSİNİN QAZİ VƏ ŞƏHİD AİLƏSİNİN MÜRACİƏTİ TƏMİN OLUNDU - Video

    “Azəriqaz” İstehsalat Birliyinə sosial şəbəkə üzərindən daxil olan müraciətlər sırasında şəhid və qazi ailələrinin müraciətlərinə xüsusi həssaslıqla yanaşılır. Bəxtiyar Nəsibov 1-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak edib, 2-ci qrup Qarabağ əlilidir. O, “Azəriqaz” İB-yə müraciət edərək Şəmkir rayonunun Keçili kəndində yaşadığı fərdi yaşayış evində təbii qazın olmadığını bildirib. Qısa bir müddətdə qazinin müraciəti təmin edilib, fərdi yaşayış evinə diametri 32 mm, uzunluğu 180 metr olan qaz xətti çəkilib.
    Şəmkir rayonunda yaşayan şəhid atası Hacı Abbasovun da müraciəti cavabsız qalmayıb. Onun oğlu Zaur Abbasov 1-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb. 1992-ci ildə Qubadlı istiqamətində gedən döyüşlər zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Şəhidin atası Birliyə müraciət edərək fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Dərhal rəhbərliyin tapşırığı ilə fərdi yaşayış evinə qaz xətti çəkilib və sayğac quraşdırılıb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR