AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BU YAŞAYIŞ MASSİVİNİN SAKİNLƏRİNİN PROBLEMİ DİNLƏNİLDİ

  • + A
  • - A
  • 11-10-2021, 15:12


    “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası uğurla davam edir. Daxil olan çoxsaylı müraciətlər nəticəsində vətəndaşların problem və təkliflərini dinləmək üçün bu dəfə “Səyyar qəbul otağı” Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində qurulub. Qurumdan Azadmedia.az-a verilən məlumata görə iki saat ərzində Birliyin “Açıq mikrofon”u bu massivin sakinlərinin ixtiyarında olub. Aksiyada iştirak edən vətəndaşlar yaşadıqları yeni yaşayış massivində təbii qazdan istifadə edə bilmədiklərini, alternativ yanacaq mənbəyi kimi odunla bağlı da problemlərinin olduğunu bildirərək mavi yanacaqla təmin olunmalarını xahiş ediblər. Ünvanlanan hər bir müraciət qeydiyyata götürülərək, Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunacaq. Mövcud durum araşdırıldıqdan sonra baş direktor məsələ ilə bağlı müvafiq qərar verəcək.
    Qeyd edək ki, bu gün təşkil olunan aksiya sayca 20-cidir. İndiyədək təşkil olunan “Açıq mikrofon” aksiyalarının hər birində ünvanlanan müraciətlərin həlli istiqamətində Birlik tərəfindən işlər görülür, bir çoxunda isə artıq işlər yekunlaşdırılıb.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR