AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Səni axtarıram”dan gedən vəkil: “Söyləsəm, yer yerindən oynayacaq”

  • + A
  • - A
  • 11-04-2019, 10:10

    “Səni axtarıram”dan gedən vəkil: “Söyləsəm, yer yerindən oynayacaq”















    Azərbaycanlı vəkil Şəfiqə Nağıyevanın uzun zamandır ekspert kimi çıxış etdiyi “Səni axtarıram” sosial proqramdan getməsi səs-küyə səbəb olub.

    News24.az xəbər verir ki, vəkilin verilişdən getməsindən yana adı qalmaqalda hallanmağa başlanıb. Bu səbəbdən Ş.Nağıyeva sosial şəbəkə hesabında açıqlama verib.

    Açıqlamanın redaktə formasını təqdim edirik:

    “Teleməkanda mənimlə bağlı söylənilən boş sözlər barədə mənə məlumat verildi. Sizə bildirmək istəyirəm ki, aprel ayının 4-də mən bir il ərzində gördüyum haqsızlıqlara dözməyərək, iştirak etdiyim verilişi tərk etdim. Eşitdiyimə görə, verilişin bağlanması təklifini mənimlə əlaqələndirirlər. Əslində isə verilişin baglanması təklifi bir həftə əvvəl bloger tərəfindən irəli sürülmüşdü. Mən, hələ ki, susuram! Mənə böhtan atılmasın! Söyləyəcəyim çox şeylər var, söyləsəm, yer yerindən oynayacaq. Hesab edirəm ki, ayrılanda da mərdi-mərdanə ayrılmaq lazımdır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR