AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

O da atasının soyadından imtina etdi

  • + A
  • - A
  • Bu gün, 20:30

    O da atasının soyadından imtina etdi

    Dünyaşöhrətli aktyorlar Bred Pitt və Ancelina Colinin daha bir övladı atasının soyadından imtina edib.

    Bu barədə “Entertainment Weekly” nəşri müvafiq məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

    Məlumata görə, cütlüyün 18 yaşlı qızı Vivyen rəsmi olaraq “Coli-Pitt”olan soyadını “Coli”yə dəyişib. Adın dəyişdirilməsi noyabrın 2-də Los-Ancelesdəki Kaliforniya Ali Məhkəməsinin hakimi tərəfindən təsdiqlənib.

    Sənədlərə əsasən, adın dəyişdirilməsinə heç bir etiraz olmayıb.

    Qeyd edək ki, Pitt və Colinin digər qızı Zahara da bu ilin sentyabr ayının sonunda soyadından “Pitt” hissəsini çıxararaq, adını Zahara Marli Coli (Zahara Marley Jolie) olaraq dəyişdirib. Cütlüyün oğlu Maddoks və qızı Şaylo da oxşar qərar qəbul ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR