AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur yazıçı vəfat ETDİ

  • + A
  • - A
  • 21-05-2023, 12:20

    Məşhur yazıçı vəfat ETDİ


    Britaniyalı yazıçı Martin Emis 73 yaşında qida borusu xərçəngindən vəfat edib.

    AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı, yazıçı İzabel Fonseka məlumat verib. Ədəbiyyatşünas Florida ştatının Leyk-Uort şəhərindəki evində həyatını itirib.

    25 avqust 1949-cu ildə Buker mükafatı laureatı yazıçı və ədəbiyyatşünas Kinqsli Emisin oğlu olaraq doğulan Martin Emis özünün qeyri-adi yazı metodu və kəskin, acı yumorla zəngin olan əsərlərinin köməkliyi ilə müasir dünya ədəbiyyatının mərkəzi fiqurlarından biri olmağı bacarıb.

    Qeyd edək ki, 2008-ci ildə “The Times” qəzeti Martin Emisi əsərlərinə görə 1945-cü ildən sonrakı Britaniya ədəbiyyatının əlli ən yaxşı yazıçılarından biri adlandırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR